Maya Sandu rusiyalı “xarici agent”ə vətəndaşlıq verdi

Moldova prezidenti Maya Sandu Rusiya Federasiyasında “xarici agent” kimi tanınan rusiyalı kino tənqidçisi Anton Dolinə və onun ailəsinə vətəndaşlıq verilməsi barədə qərar qəbul edib.

Aug 22, 2025 - 16:18
Maya Sandu rusiyalı “xarici agent”ə vətəndaşlıq verdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Newsmaker nəşri məlumat yayıb. 

Moldova prezident administrasiyası müvafiq sərəncamı avqustun 22-də dərc edib. Sənəd “Official Monitor”da dərc edildikdən sonra qüvvəyə minəcək. 

Anton Dolin 2022-ci ilin martında Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan sonra Rusiyanı tərk edib. Həmin ilin oktyabrında Rusiya Ədliyyə Nazirliyi onu müharibə əleyhinə mövqeyinə görə “xarici agentlər” siyahısına daxil edib.

Dolinlə yanaşı, onun həyat yoldaşı Nataliya Xlyustova, övladları Mark və Arkadi də Moldova vətəndaşlığını alacaqlar.

Sandu eyni fərmanla rusiyalı jurnalist Qleb Pyanıx və ABŞ vətəndaşı Devid Leo Smitə də vətəndaşlıq verib.

Xatirə SADİQ