Orban Ukraynadan şikayətləndi, Tramp Slovakiyaya qəzəbləndi

Macarıstanın baş naziri Viktor Orban Rusiyadan keçən “Drujba” neft kəmərinə edilən hücumlardan ABŞ prezidenti Donald Trampa şikayət edib. 

Aug 22, 2025 - 16:13
Aug 22, 2025 - 16:20
Orban Ukraynadan şikayətləndi, Tramp Slovakiyaya qəzəbləndi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Magyar Nemzet” məlumat yayıb. 

“Beş gün əvvəl, prezidentlər Tramp və Putinin tarixi görüşündən bir qədər əvvəl, Ukrayna Rusiyadakı “Drujba” neft kəmərinə dronlarla zərbələr endirdi. Macarıstan Ukraynanı elektrik enerjisi və benzinlə dəstəkləyir, bunun müqabilində isə bizi təmin edən kəməri atəşə tutur. Olduqca qeyri-dost hərəkətdir!", - Orbanın məktubunda deyilir.

Macarıstan baş nazirinin məktubunun üzərində ABŞ prezidenti belə cavab yazıb: “Bunu eşitməyi xoşlamıram. Mən çox qəzəbliyəm. Slovakiyaya deyin ki, siz mənim böyük dostumsunuz”.

Trampın Slovakiya yanlışlığı Ukrayna KİV-də gülüş doğurub.

Xatirə SADİQ