“Putinlə Zelenski arasında görüş planlaşdırılmır” - Sergey Lavrov

Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş planlaşdırılmır.

Aug 22, 2025 - 16:07
“Putinlə Zelenski arasında görüş planlaşdırılmır” - Sergey Lavrov

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov NBC telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, lakin Rusiya prezidenti sammitin gündəliyi hazır olanda Ukrayna prezidenti ilə görüşməyə hazırdır. Amma bu da hələ yoxdur.

“Prezident Putin açıq şəkildə dedi ki, onunla görüşə hazırdır. Bir şərtlə ki, bu görüşün həqiqətən gündəliyi, prezidentin gündəliyi olsun”, - deyə nazir vurğulayıb.

Lavrov əlavə edib ki, sülh prosesinə Ukrayna mane olur. 

Nazirin sözlərinə görə, Putinlə ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüşdə Rusiya bəzi məsələlərdə “çeviklik” göstərib, lakin Zelenski “hər şeyə yox” deyib.