Oğlu Baydenə lağ etdi - “Fənər işığında görünən marala oxşayırdı”
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter atasının seçkilərdəki rəqibi Donald Trampla debatda uğursuz çıxışının səbəblərindən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu, onun amerikalı jurnalist Endrü Kallaqanla müsahibəsi zamanı baş verib. Həmin müsahibə iyulun 21-də YouTube-da dərc olunub.
Hanter Bayden etiraf edib ki, debat “tamamilə dəhşətli” olub və ovaxtkı prezident Co Baydenin yaşından narahat olan insanları qorxudub. Onun sözlərinə görə, atası “hamının gözü qarşısında qocaldı”, lakin siyasi cəhətdən iş qabiliyyətli idi.
“Mən həmin debatda nə baş verdiyini dəqiq bilirəm. O uzun məsafədə uçmuşdu. Onun 81 yaşı var. Ona yatması üçün Ambien (yuxu dərmanı) verirlər. Sonra o, səhnəyə çıxır və o, fənər işığında görünən marala bənzəyir”, - deyə Hanter Bayden əlavə edib.
“Reuters” qeyd edib ki, Ambien yuxu problemlərinin qısa müddətli müalicəsi üçün istifadə edilən dərmandır. Agentlik oğlunun açıqlamasına münasibət öyrənmək üçün keçmiş prezidentin ofisi ilə əlaqə saxlasa da, sorğusuna cavab almayıb.
Keçmiş prezidentin oğlunun nəzərdə tutduğu debat 2024-cü ilin iyununda baş tutub. Debat ABŞ prezident seçkilərində əsas namizədlər olan Co Bayden və Donald Tramp arasında planlaşdırılan iki debatdan birincisi idi. Amerika KİV-i Baydenin debatdakı çıxışını sərt tənqid etmişdi. İddiaya görə, Baydenin dəhşətli performansı demokratlar arasında çaxnaşma yaratdığından Demokrat Partiyasının nümayəndələri onu başqa namizədlə əvəz etməli olmuşdular.
Xatirə SADİQ