Polşa XİN-dən polyaklara xəbərdarlıq -“Rusiyanı tərk edin”

Polşa hökuməti öz vətəndaşlarına Rusiyanı tərk etməyi məsləhət görüb. 

Jul 22, 2025 - 16:48
Polşa XİN-dən polyaklara xəbərdarlıq -“Rusiyanı tərk edin”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat yerləşdirilib. 

Ötən həftə sonu Polşa ilə Rusiyanın Kalininqrad vilayəti arasındakı sərhəd-keçid məntəqələrində böyük tıxac yaranıb.

“Biz Rusiyada olan Polşa vətəndaşlarına həyat, ailə və ya peşə şəraiti bu ölkənin ərazisində qalmalarını tələb etmədiyi halda, mövcud kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etməyi tövsiyə edirik”, - məlumatda bildirilir. 

XİN xəbərdarlıq edib ki, Rusiya vətəndaşlığına malik Polşa vətəndaşları “Rusiya qanunvericiliyinə uyğun olaraq müstəsna olaraq Rusiya Federasiyasının vətəndaşı sayılırlar”. 

Polşa tərəfi Rusiya ilə birbaşa uçuşların dayandırıldığını da diqqətə çatdırıb. 

Bundan öncə XİN polşalılara “Ukraynadakı müharibə və Polşanın Rusiya Federasiyasının hakimiyyət orqanları tərəfindən düşmən dövlət kimi tanıması ilə əlaqədar” Rusiyaya səfərdən çəkinməyi tövsiyə etmişdi.

Xatirə SADİQ