“Ukrayna prinsipcə razılaşıb” – Donald Tramp

“Ukrayna hərbi yardım müqabilində Birləşmiş Ştatlara öz ərazisindəki qiymətli minerallara çıxış imkanı verməyə prinsipcə razılaşıb”.

Feb 11, 2025 - 13:37
“Ukrayna prinsipcə razılaşıb” – Donald Tramp

SAVASHMEDİA.az “The New York Times”a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

 Amerikalı president müharibə ilə bağlı hadisələrin və mümkün danışıqların bundan sonra necə inkişaf etməsindən asılı olmayaraq belə bir razılaşmada maraqlı olduğunu vurğulayıb. 

“Mən onlara dedim ki, təxminən 500 milyard dollar ekvivalentində nadir torpaq mineralları istəyirəm və onlar prinsipcə bununla razılaşdılar. Onların nadir torpaq mineralları, neft və qaz və sair baxımından son dərəcə qiymətli torpaqları var. Mən pulumuz üçün bəzi zəmanətlər istəyirəm, çünki biz Ukraynaya yüz milyardlarla dollar xərcləyirik. Onlar razılığa gələ bilərlər, razılaşmaya da bilərlər. Onlar nə vaxtsa Rusiya ola bilər, olmaya da bilər. Ancaq bütün bu vəsaitimiz Ukraynada olacaq və deyək ki, mən onları geri istəyirəm”, - deyə Tramp vurğulayıb.

Amerikalı prezident əlavə edib ki, Ukraynaya pulsuz yardımı davam etdirməyi axmaqlıq hesab edir.

Xatirə SADİQ