Putin və Tramp görüşlə bağlı razılığa gəlməyib - Kremlin sözçüsü

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp dünən telefon danışığı zamanı şəxsi görüşlə bağlı razılığa gəlməyiblər”. 

Jun 5, 2025 - 14:41
Putin və Tramp görüşlə bağlı razılığa gəlməyib - Kremlin sözçüsü

SAVASHMEDİA.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Görüşlə bağlı razılıq olmadı, çünki dövlət başçıları arasında görüşün zəruri olması ilə bağlı ümumi anlaşma var, lakin o, lazımi şəkildə hazırlanmalıdır. Bu cür hazırlığın mühüm nəticələri olmalıdır ki, bu nəticələr ən yüksək səviyyədə qeydə alınsın”, - deyə Kreml nümayəndəsi bildirib.

O qeyd edib ki, iki lider arasında dünənki söhbət konstruktiv və zəruri olub. “Prezidentlər həqiqətən də bir çox vacib və vacib məsələləri müzakirə ediblər”, - deyə  Peskov əlavə edib.

Xatırladaq ki, dünən Putin və Tramp arasında dördüncü telefon danışığı baş tutub.  1 saat 10 dəqiqə davam edəm söhbət zamanı Ukraynaya qarşı müharibə ilə əlaqədar yaranmış mövcud durum, Putin İstanbulda danışıqların nəticələri və Ukrayna kəşfiyyatının Rusiyanın strateji aviasiyasına qarşı keçirdiyi uğurlu əməliyyat müzakirə olunub.

Xatirə SADİQ