Kremldən Braziliya prezidentinin təklifinə cavab
Rusiya hakimiyyəti Braziliya prezidenti Lula da Silvanın Moskvaya gəlib, prezident Vladimir Putinlə görüşmək niyyətinə münasibət bildirib.
SAVASHMEDİA.az bu barədə RBC telekanalına istinadən xəbər verir.
“Hazırda bu barədə heç nə deyə bilmərəm. Əgər hansısa formada təmaslar razılaşdırılarsa, sizə dərhal məlumat verəcəyik”, - deyə Kremlin sözçüsü Dmitri Peskov vurğulayıb.
Braziliya prezidenti Pekində keçirdiyi mətbuat konfransında Çinə səfərindən sonra yolüstü Moskvada dayanmaq və Putini İstanbul səfərinə getməyə razı salmaq niyyətindən danışıb.
Xatirə SADIQ