“Tomahawk” raketlərinə ehtiyac qalmayacaq - Tramp
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini güclü insan hesab etdiyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu haqda Ağ Evdə Zelenski ilə görüşü zamanı danışıb.
"O, çox güclü liderdir. Biz bir-birimizi yaxşı tanımışıq və həqiqətən də yaxşı münasibətimiz var", - Tramp deyib.
Bundan başqa Rusiya prezidenti Vladimir Putinlə gözlənilən görüşü barədə danışan Tramp danışıqların Macarıstanda keçiriləcəyini açıqlayıb.
"Bu, təhlükəsiz ölkədir. Baş nazir Viktor Orbana hörmət edirik. O, çox yaxşı iş görüb", - Tramp qeyd edib.
Tramp əlavə edib ki, ABŞ Ukraynaya silah göndərməyə davam edir.
"Ümid edirik ki, ukraynalılar onlardan istifadə etmək məcburiyyətində qalmayacaqlar. Biz “Tomahawk” haqqında düşünmədən müharibəni bitirməyə kifayət qədər yaxınıq", - Tramp əlavə edib.