“Ukrayna üçün təhlükəsizlik zəmanətləri siyasi təsdiqi gösləyir” - Makron
“Tərəfdaşlar Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasını başa çatdırıblar və sənəd hazırda siyasi təsdiqi gözləyir.
SAVASHMEDİA.az dpa-ya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskini Yelisey sarayında qəbul edərkən bildirib.
Onun sözlərinə görə, Ağ Evdə avqustun ortalarında Ukrayna ilə bağlı keçirilən sammitdən sonra hərbi liderlərin gördüyü işlər sülh razılaşması əldə edildikdən sonra sürətli hərəkətlərə zəmin yaradıb.
“Müdafiə nazirləri səviyyəsində ciddi məxfilik şəraitində hazırlanmış, sənədləşdirilmiş və təsdiqlənmiş töhfə sayəsində indi deyə bilərik: bu iş başa çatıb və siyasi təqdirə hazırdır”, - deyə Makron vurğulayıb.
Zelenski cavabında bildirib ki, bu irəliləyişi alqışlayır, çünki zəmanətlər rəmzi vədlər deyil, Ukraynaya real, hiss olunacaq dəstəkdir.
Ukrayna prezidenti əlavə edib ki, koalisiyanın əvvəlki, heç kimin inanmadığı təşəbbüsləri də həyata keçirilib və işləkdir.
Xatirə SADİQ