"Onların nə pulu, nə benzini qalıb, xalq isə bezib" - Trampdan İran açıqlaması
ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə “Axios” nəşrinə müsahibəsində danışıb.
O, İranla bağlı növbəti addımların atılacağını, lakin bunun üçün tələsmədiklərini bildirib.
“Biz bu və ya digər şəkildə nəsə edəcəyik, amma tələsən yerimiz yoxdur. Biz İranın iqtisadiyyatını iflic etmişik. Onların nə pulu, nə benzini var, xalqı isə bu vəziyyətdən bezib”, - Tramp bildirib.
ABŞ prezidenti Vaşinqtonun İrana qarşı iqtisadi təzyiqlərinin nəticə verdiyini deyib.
Səlcuq