Bağırsaqları məhv edən QİDALAR
Bağırsaqlar üçün ən təhlükəli ət məmulatlarının adı açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunlar ultra emal olunmuş ət məmulatları - kolbasalar, sosislər, bekon (hisə verilmiş və ya qurudulmuş donuz əti) və mağazalarda satılan paştetlərdir.
Mütəxəssislər bildirib ki, gündə cəmi 50 qram kolbasa yemək belə tərkibindəki artıq duz, konservantlar və emal zamanı əmələ gələn spesifik maddələr səbəbindən bağırsaqların sağlamlığı üçün təhlükədir.
Eyni zamanda, açıq odda qara qabıq əmələ gələnədək həddindən artıq qızardılmış ət də bağırsaqlara zərər verir. Həkimlər bağırsağı qorumaq üçün ətin kömürləşmiş hissələrini kəsməyi, həmçinin əti qızartmaq əvəzinə sobada, qaynatma və buxarda bişirmə üsulunu tövsiyə ediblər.
Qırmızı ətdən tamamilə imtinaya etməyə ehtiyac olmadığını bildirən mütəxəssislər onu zülal, dəmir, sink və B12 vitamininin mənbəyi olaraq xarakterizə ediblər. Bununla yanaşı həftə ərzində 350–500 qramdan çox qırmızı ət istehlak etmək tövsiyə olunmur.
Banu