İndi ev istəyən Aqil Abbas Ağdam azad olunanda tam əksini demişdi - HƏMİN MƏTN 

Deputat Aqil Abbasın məcburi köçkünlərin Ağdamda ev təminatı ilə bağlı illər əvvəl səsləndirdiyi fikirlər onun son açıqlaması ilə ziddiyyət təşkil edir.

Nov 1, 2026 - 14:09
Nov 1, 2026 - 14:35
İndi ev istəyən Aqil Abbas Ağdam azad olunanda tam əksini demişdi - HƏMİN MƏTN 

SAVASHMEDİA.az xəbər verir ki, Aqil Abbas 2020-ci ildə Ağdam işğaldan azad edildikdən sonra imkanlı şəxsləri öz evlərini tikməyə, hətta qonşularına da yardım etməyə çağırmışdı.

Deputatın həmin vaxt səsləndirdiyi fikir belə olub:

“Ağdam azad olunan kimi qəzetdə və televizorda imkanlı şəxslərə müraciət etdim ki, hər kəs öz evini özü tiksin ki, hökumətin yükü azalsın. Hökumət infrastrukturu qursun, inzibati binaları və məktəbləri tiksin. İmkanlı şəxslər isə qonşusuna əl atsın, evini tikməkdə kömək etsin”.

Lakin Aqil Abbas bir neçə gün öncə, oktyabrın 30-da Milli Məclisdə çıxışı zamanı Ağdamda atasına məxsus evin yerində tikilən binadan ailəsinə mənzil ayrılmadığından gileylənib.

Deputat bu dəfə belə deyib:

“Ağdamda, atamın yurdunda bina tikirlər, amma orada mənə ev düşməyəcək. Deməli, mən gedib Ağdamdan öz cibimin pulu ilə ev almalıyam. Niyə?”

Oğuz