“Tramp administrasiyası utanmalıdır, Putinə təslim oldular” - Con Bolton
“ABŞ prezidenti Donald Tramp Ukrayna danışıqları başlamadan əvvəl prezident Vladimir Putinə təslim olub”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton “CNN”ə şərhində deyib və “X” platformasında yazıb.
“Putin bu gün bir sıra qələbələr qazandı. Putin [Ukrayna prezidenti Vladimir] Zelenski ilə danışıqlar aparmaq istəmir. Putin Trampla danışıqlar aparmaq istəyir, çünki o, bundan daha çox nəticə əldə edə bilər və o, tamamilə haqlıdır”, - deyə Bolton bildirib.
Keçmiş müşavir qeyd edib ki, Tramp administrasiyası indi Kremldə yazılmış kimi görünən, ABŞ və NATO-nun mövqelərinin əksinə olan mövqelərdən çıxış edir. Söhbət Ukraynanın ərazi bütövlüyünə və onun gələcək alyansa üzvlüyünə sadiqlikdən gedir.
Bolton nəzərə çatdırıb ki, Rusiyaya “Ukraynanın suverenliyinə təcavüz etmək, Şimali Koreya kimi düşmənləri ona döyüşmək üçün cəlb etmək, sonra isə ərazilərinin itirilməsi, təhlükəsizlik zəmanətləri və ya NATO üzvlüyünü qəbul edərək ukraynalıları satmasına” imkan verilməsi qəbuledilməzdir.
“Rusiyanın hərbi göstəriciləri bərbad idi, lakin Tramp Putinin işğal qərarına haqq qazandırır”, - deyə o, əlavə edib.
Keçmiş müşavir hesab edir ki, Rusiya tərəfi Trampa qarşı “yaltaqlıq” kampaniyası aparıb. Bu kampaniyaya Rusiyada məhkum olunmuş amerikalı Mark Fogelin azadlığa buraxılması, Belarusun amerikalını azad etməsi, Putinin bəzi bəyanatlarda Trampla razılaşması və sir daxildir.
Onun fikrincə, hazırkı vəziyyət ABŞ-nin milli təhlükəsizliyinə əhəmiyyətli ziyan vurur və bu zərər Yaxın Şərq və Hind-Sakit Okeandakı düşmənlərin aydın şəkildə gördüyü kimi, Mərkəzi Avropadan çox-çox kənara çıxacaq.
“ABŞ liderləri birmənalı şəkildə Ukraynanı və Kiyevi dəstəkləyən bütün NATO müttəfiqlərini dəstəkləməlidirlər. Kremlin Ukraynaya qarşı əsassız təcavüzünün qələbə qazanmasına imkan vermək bizim milli maraqlarımıza uyğun deyil. Tramp administrasiyası utanmalıdır”, - deyə eks-müşavir yekunlaşdırıb.
Xatirə SADİQ