Zelenski ölkə deputatlarını tənqid etdi – “Onların yarısı ABŞ-də qəhvəaltıdadır”

Ukrayna prezidenti Volodimir Zelenski parlament üzvlərini tez-tez xaricə səfər etdiklərinə, o cümlədən ABŞ-dəki Dua qəhvaltısına getdiklərinə görə tənqid edib.

Feb 7, 2025 - 12:50
Zelenski ölkə deputatlarını tənqid etdi – “Onların yarısı ABŞ-də qəhvəaltıdadır”

SAVASHMEDİA.az “Ukrinform”a istinadən bildirir ki, bu barədə Zelenski Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso ilə media nümayəndələri ilə söhbəti zamanı deyib.

“Bizim parlamentarilərimizə gəlincə, hakimiyyətin hər bir qolunun səsini eşitmək bizim üçün vacibdir. Amma mən istərdim ki, bu hakimiyyət qolları iş başında olsun. Yəni, kiminsə səsini eşitmək üçün kiminləsə ünsiyyətdə olmaq lazımdır. Mən həmişə parlamentarilərimizə daimi epamiyyətlərdə yaşamağa icazə verməyən bir insan kimi görünürəm. Bu gün ABŞ-də Dua qəhvəaltısıdır. Bu, çox vacibdir ki, Ukrayna parlamentinin demək olar ki yarısı həmin qəhvəaltıdadır, Xersonda, Xarkov vilayətində, Zaporojyada, Sumda deyil”, - deyə Zelenski istehza ilə vurğulayıb.

Ukrayna lideri qeyd edib ki, burada məsələ ABŞ-də deyil, xalq deputatlarının daimi ezamiyyətlərindədir. Halbuki deputatlar onları seçmiş xalq üçün işləməlidilər.

“Parlamentin işindən razısınızmı?” sualına Zelenski belə cavab verib: “Parlamentin işindən çox razıyam, amma təəssüf ki, parlament hər gün işləmir”.

Xatirə SADİQ