Zelenski sazişi imzalamaqdan imtina etdi - Tramp bunu gözləmirdi
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-nin maliyyə naziri Skott Bessentin ona təklif etdiyi nadir torpaq minerallarına dair maliyyə sazişini imzalamayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Fevralın 12-də ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqtonun yardımı müqabilində Ukraynanın mineral ehtiyatlarına çıxış haqqında 500 milyard dollarlıq saziş layihəsini Ukraynaya gətirib.
Prezident Zelenski sazişi indi imzalamamasını Ukrayna tərəfinin sənədin təfərrüatlarını öyrənmək istəyi ilə izah edib.
Oğuz