Prezident onu vəzifədən azad etdi - YENİ TƏYİNAT + FOTOLAR

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Nov 12, 2025 - 12:58
Nov 12, 2025 - 13:04
Prezident onu vəzifədən azad etdi - YENİ TƏYİNAT + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Fuad Nəcəfli bu vəzifəyə 2022-ci ilin dekabrında təyin edilmişdi.

Dövlət başçısının digər sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. 38 yaşlı C.Cəlilov 2024-cü ilin aprelindən Naxçıvan MR-in Baş naziri vəzifəsini icra edirdi.

Fotoda: Fuad Nəcəfli

Fotoda: Ceyhun Cəlilov