Qəzada həlak olan türk pilot 4 ay sonra ata olacaqdı... – FOTOLAR
Hərbi yük təyyarəsində həlak olan mayor Serdar Uslu 4 ay sonra ata olacaqmış.
SAVASHMEDİA.az xəbər verir ki, acı xəbər şəhid pilotun Bursadakı ata evinə çatdırılıb.
Mayorun xanımı Göknur Uslunun 5 aylıq hamilə olduğu bildirilib.
Şəhidin evindən Türkiyə bayrağı asılıb.
Qeyd edək ki, ötən gün Gəncədən Türkiyəyə uçan, Türkiyə Silahlı Qüvvələrinə məxsus “C130” hərbi yük təyyarəsi Gürcüstanda qəzaya düşüb. Qəza nəticəsində 20 hərbçi həlak olub.
Banu
Fotolarda: Serdar Uslu