Diella nazir vəzifəsindən QOVULDU - Süni intellekt rüşvət alıb
Albaniyada dövlət idarəçiliyinin rəqəmsallaşdırılması layihəsinin bir hissəsi olaraq nazir təyin edilən süni intellekt vəzifədən uzaqlaşdırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, “nazir Diella” korrupsiya araşdırmasından sonra vəzifəsindən kənarlaşdırılıb.
Açıqlamaya görə, süni intellekt nazir tenderin nəticələrini alqoritmik olaraq optimallaşdırmaq müqabilində rəqəmsal rüşvət alıb. Diellanın 14 bitkoin (təxminən 1,3 milyon avro) rüşvət aldığı bildirilir.
Məlumata görə, süni intellekt nazir öz bacarığını yüksəltmək üçün aldığı kriptovalyutadan istifadə etməyi planlaşdırıb. Sistem qeydləri onun hakerlərlə qanunsuz proqram təminatı, Panamadan 120 petabayt server yaddaşı üçün danışıqlar apardığını ortaya qoyub.
Onun məqsədinin "Əbədi nazir" olmaq və seçki prosesindən yayınmaq olduğu iddia edilir.