NATO üzvləri Ukraynaya yardımı öhdəlik kimi qəbul etdilər

“Rusiyaya qarşı mübarizədə Ukraynaya yardım Avro-Atlantik təhlükəsizliyə töhfənin bir hissəsi olacaq”.

Jun 25, 2025 - 18:54
NATO üzvləri Ukraynaya yardımı öhdəlik kimi qəbul etdilər

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Haaqa sammitinin bəyannaməsində deyilir. 

NATO üzvləri razılığa gəliblər ki, Ukrayna Silahlı Qüvvələrinə yardım müdafiə xərclərinin bir hissəsi kimi qəbul olunmalıdır.

“Müttəfiqlər təhlükəsizliyi bizim təhlükəsizliyimizə töhfə olan Ukraynanı dəstəkləməyə davam edən suveren öhdəliyini təsdiqləyir. Bu məqsədlə Ukraynanın müdafiəsinə və onun müdafiə sənayesinə birbaşa töhfələrini öz müdafiə xərclərinə daxil edəcəklər”, - sənəddə bildirilir.

Qeyd edək ki, qərar konsensus yolu ilə qəbul edildiyi üçün ABŞ və Macarıstan da daxil olmaqla, bütün üzv dövlətlər tərəfindən dəstəklənib.

Xatırladaq ki, NATO sammiti Rusiyanı bütün alyans üçün “uzunmüddətli təhlükə” kimi tanıyıb. 

Xatirə SADİQ