Rusiya məhkumlara milyonluq müqavilə təklif edir - Həbsxanadan səngərə 

Rusiyada Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi bağlayan məhkumlara da birdəfəlik pul müavinətlərinin ödənilməsinə başlanılıb.

Jul 19, 2026 - 15:43
Jul 19, 2026 - 16:13
Rusiya məhkumlara milyonluq müqavilə təklif edir - Həbsxanadan səngərə 

SAVASHMEDİA.az xəbərt verir ki, bu qərar məhkumların da digər müqaviləli hərbçilərlə eyni maliyyə təşviqlərindən yararlanmasını nəzərdə tutur. 

Ödənişlərin məbləği isə Rusiyanın regionlarından asılı olaraq dəyişir. Regional birdəfəlik ödənişlərin orta məbləği təxminən 1,67 milyon rubl təşkil edir.

Bəzi bölgələrdə isə bu rəqəm daha yüksəkdir. Məsələn, Sankt-Peterburqda regional ödəniş 4,1 milyon rubla çatır. Federal hökumətin ödədiyi 400 min rubl da əlavə olunduqda, burada müqavilə bağlayan şəxslər ümumilikdə 4,5 milyon rubl birdəfəlik müavinət ala bilirlər.

Bununla yanaşı, müqaviləli hərbçilərə aylıq maaş da ödənilir. Bu məbləğ ən azı 204 min rubl təşkil edir və döyüş tapşırıqları, rütbə və digər əlavələrdən asılı olaraq daha yüksək ola bilər.

Qeyd edək ki, söhbət bütün Rusiya üzrə vahid məbləğdən getmir. Regional ödənişlərin həcmi hər federal subyekt tərəfindən ayrıca müəyyən edilir və buna görə də bölgələr arasında ciddi fərqlər mövcuddur.

Səlcuq