Bu dövlət başçıları DÇ-2026 finalını tribunadan izləyəcək - ADLAR

Futbol üzrə 2026-cı il Dünya Çempionatının Argentina–İspaniya finalı təkcə idmansevərlərin deyil, dünya liderlərinin də diqqət mərkəzindədir. 

Jul 19, 2026 - 16:35
Bu dövlət başçıları DÇ-2026 finalını tribunadan izləyəcək - ADLAR

SAVASHMEDİA.az xatırladır ki, qarşılaşmanı tribunadan bir sıra dövlət və hökumət başçıları izləyəcək.

Onların siyahısını təqdim edirik:

ABŞ Prezidenti Donald Tramp finala qatılacağını təsdiqləyib. O, matçdan sonra FIFA prezidenti Canni İnfantino ilə birlikdə qalib komandaya Dünya Kubokunu təqdim edəcək.

Finalı izləyəcək yüksək vəzifəli qonaqlar arasında Meksika Prezidenti Klaudiya Şeynbaum da var. O, Donald Trampın dəvəti ilə oyuna gələcəyini açıqlayıb.

Tribunada Kanadanın Baş naziri Mark Karni də yer alacaq. 

İspaniya millisini dəstəkləmək üçün isə İspaniya Kralı VI Felipenin finala qatılması gözlənilir.

Bundan başqa, FIFA prezidenti Canni İnfantino, müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri, tanınmış idmançılar, iş adamları və şou-biznes nümayəndələrinin də finalı stadiondan izləyəcəyi gözlənilir.

Oğuz