Trampın Putinə verdiyi vaxt başa çatdı - İndi nə baş verəcək?
ABŞ-nin Ukrayna müharibəsinin dayandırılması üçün Rusiya və Ukraynaya verdiyi son müddətin başa çatması beynəlxalq gündəmin əsas mövzularındandır.
SAVASHMEDIA.az xəbər verir ki, Ukrayna lideri Volodimir Zelenski fevral ayında ABŞ-nin müharibənin dayandırılması üçün Rusiya və Ukraynaya iyun ayınadək vaxt verdiyini açıqlamışdı.
Onun sözlərinə görə, Vaşinqton bu tarixədək nəticə əldə olunmasa, münaqişə tərəflərinə təzyiqi artıracağını bəyan etmişdi.
Amma iyul ayının sonları yaxınlaşsa da, cəbhədə döyüşlər davam edir. Son günlər həm Rusiya, həm də Ukrayna qarşılıqlı hava hücumlarını gücləndirib. Rusiya Ukrayna şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir, Kiyev isə Rusiyanın hərbi və enerji infrastrukturunu uzaqmənzilli dronlarla hədəfə alır.
Bu arada Avropanın 10 ölkəsi Ukrayna ilə birlikdə qitənin hava hücumundan müdafiəsini gücləndirmək məqsədilə yeni raketdən müdafiə koalisiyası yaratdıqlarını elan edib. Bu addım Qərbin Ukraynaya hərbi dəstəyinin davam etdiyini göstərən növbəti siqnal kimi qiymətləndirilir.
Analitiklərin fikrincə, sülh razılaşmasının ABŞ-ın müəyyən etdiyi müddətdə əldə olunmaması Vaşinqtonun Moskvaya qarşı daha sərt addımlar atmasına səbəb ola bilər.
Səlcuq