"Dağıntılar altından çıxanda ağlıma ilk Xamenei gəldi..." - Əraqçi bu haqda İLK DƏFƏ danışdı
İranın Xarici Işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr zamanı yaşadıqlarını ilk dəfə ətraflı danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, hücum baş verən an o, ölkənin mərhum ali rəhbəri Əli Xameneinin ofisində olub və Cenevrə danışıqları barədə ona hesabat verirmiş.
Əraqçi bildirib ki, məlum hücumdan dəqiqələr öncə Əli Xameneiyə məruzə edirmiş. Nazirin sözlərinə görə, o hesabat verərkən birdən binaya raket zərbəsi endirilib. Əraqçi hesab edir ki, zərbənin məhz həmin anda endirilməsi İsrailə məxfi məlumatın məhz İran daxilindən ötürlüdüyünü təsdiqləyir.
Nazirin ən diqqətçəkən etiraflarından biri isə dağıntılar altından çıxarkən yaşadığı hisslərlə bağlı olub.
“Dağıntılar altından çıxanda düşündüyüm ilk şey Xameneinin sağ olub-olmadığı idi”.
Əraqçinin sözlərinə görə, raket zərbəsi nəticəsində binanın bir hissəsi tamamilə dağılıb. Lakin onun olduğu qanad ciddi zərər görsə də, tam çökməyib. Məhz buna görə o və həmin hissədə olan digər şəxslər sağ qala biliblər.
İran XİN başçısı bildirib ki, Cenevrədə keçirilən danışıqlardan sonra vəziyyətin son dərəcə gərginləşdiyini və hərbi qarşıdurma ehtimalının artdığını Xameneiyə məruzə edib. Bununla belə, İranın ali rəhbərinin gündəlik iş rejimini dəyişməyib və hər zamankı kimi ofisində fəaliyyətini davam etdirib.
Oğuz