1 paytaxt şəhərində. VAŞİNQTON
“Vergilərin azaldılması haqqında qanun. Bu, çox gözəl qanun olacaq”.
– Doktor, kömək edin. Biz onu itiririk.
– Bəs xəstə hanı?
– Özünü gətirə bilmədik. Sözünü gətirdik. Bunları bir neçə dəqiqə ərzində bütün dünya qarşısında ifraz etdi:
“40 il bundan əvvəl mən cavan və çox gözəl idim”.
“Mənim nazirim fantastik iş görüb”.
“Komandamdakı bu insanlar heyranedici işləyirlər”.
“Əvvəlki administrasiya dəhşətli pis adamlar idi”.
“Vergilərin azaldılması haqqında qanun. Bu, çox gözəl qanun olacaq”.
“Belə şey heç vaxt olmayıb və olmayacaq”.
“Bu, mənim ideyamdır”.
“Ümumiyyətlə, bizdə çox gözəl qanun olacaq. Belə qanun bizdə heç vaxt olmamışdı”.
“Bizim senatorlara tamaşa edin. Onlar çox gözəl insanlardır. Amma onlar bu qanunu qəbul etməsələr, mən daha belə deməyəcəyəm”.
“Düşünürəm ki, siz bu günü yadda saxlayacaqsınız”.
“Heç kəs bilmir nə baş verir, lakin hamı bilir ki, nə isə dəhşətli şey baş verir”...
Doktor:
– Kifayətdir! Burada bir neçə ağır psixi xəstəliyin əlamətlərini görürəm.
– Çarə vardırmı, doktor?
– İmpiçment!
Özünütərifin fontan vurduğu çıxışın sabahı günü ABŞ senatı Kanadaya qarşı yeni tarifin tətbiqini Trampa qadağan etdi. Qətnaməyə 4 nəfər respublikaçı da səs verdi. Deməli, Donun nəzarətindən nəinki senat, hətta öz partiyası da çıxır.
GÜNÜN LƏTİFƏSİ:
Prezident Tramp İlon Maskdan xəbər alır:
– Hər şey nəzarət altındadır?
– Yox, ser! Elə olsaydı, arvadım dörd dələduzu doğmazdı.
A.ƏZİZ