Baş nazirin hesabına hücum edildi – Çexiyada

Çexiyanın baş naziri Petr Fialanın “X” sosial şəbəkəsindəki hesabı kiberhücuma məruz qalıb. 

Apr 8, 2025 - 13:22
Baş nazirin hesabına hücum edildi – Çexiyada

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, baş nazirin səhifəsində rus qoşunlarının Kalininqradla sərhəd yaxınlığında çex bölmələrinə hücumu ilə bağlı status peyda olub. Sonradan bu post çıxarılıb.

Baş nazirin dəftərxanasından “Reuters”ə bildirilib ki, xəbər həqiqətə uyğun olmayıb. 

Xatirə SADİQ