Trampın doğum günündə hərbi parad keçiriləcək – “The Hill”

Ağ Ev prezident Donald Trampın 79-cu doğum günü şərəfinə iyunun 14-də Vaşinqton küçələrində hərbi parad keçirməyi planlaşdırır.

Apr 8, 2025 - 14:08
Trampın doğum günündə hərbi parad keçiriləcək – “The Hill”

SAVASHMEDİA.az bu barədə “Hill” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, hərbi parad həmçinin ordunun 250 illik yubileyinə də təsadüf edəcək. Mənbə qeyd edib ki, ordu 250 illik yubileyini “əvvəlki illərlə müqayisədə imkanların əhəmiyyətli dərəcədə artması” şəraitində qeyd etməyi planlaşdırırdı. Bu plan keçən ildən başlayıb və o vaxtdan bəri tədbir genişlənib, iştirakçı bölmələrin sayı artırılıb. 

Tramp hələ 2018-ci ildə – ilk səlahiyyət müddətində Pentaqona böyük hərbi parad planlaşdırmağı əmr etmişdi. Bu, onun Parisə səfər etməsindən və Fransanın Bastiliyanın alınması günündən ilhamlanmasından sonra baş verib.

Lakin o zaman noyabrın 10-na təyin olunmuş tədbir Müdafiə Mazirliyinin nümayəndələrinin  92 milyon dollar məbləği dediklərindən sonra ləğv olundu. 

Xatirə SADİQ