“Kanada digər ölkələri də bu zərurətə inandırmağa çalışır” – Joli Meloni
“Kanada digər dövlətləri Rusiyadakı hədəflərə uzaq məsafədən zərbələr endirmək üçün Ukraynaya icazə verilməsinin zəruriliyinə inandırmağa çalışır”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Joli Monrealda keçirilən sülh formulu konfransının sonunda deyib.
Jolinin sözlərinə görə, ölkəsi Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək icazəsinin Ukraynaya verilməsi fikrini bəyənir.
Kanadalı nazirin fikrincə, bu, Ukraynanın Rusiya təcavüzündən özünümüdafiəsinin bir hissəsidir: “Biz həmçinin digər ölkələri də bu mövqeyi qəbul etməyə inandırmağa çalışırıq”.
Qərb mediasının məlumatlna görə, ABŞ kəşfiyyatı və Pentaqon Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirilməsinə icazənin Kiyevə faydadan çox zərər gətirəcəyini düşünür.
Xatirə SADİQ