Polyak nazir Ukrayna prezidentinin gileyinə münasibət bildirdi
Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkəsinə MiQ qırıcılarının təhvil verilməsi xahişini xatırladan Ukrayna prezidenti Volodimir Zelenskiyə cavab verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.
Zelenskinin sözlərini şərh edən polyak nazir Polşanın verdiyi yardımın həcminə, eləcə də Rusiyanın vətənlərini hədələməsinə diqqəti cəlb edib.
“Ukraynaya kömək edən ölkələr arasında hərbi, maliyyə, iqtisadi, humanitar və ukraynalı qaçqınlara yardımı nəzərə alsaq, Polşa Ukrayna üçün ÜDM baxımından digər ölkələrdən daha çox işlər görüb”, - deyə nazir vurğulayıb.
Sikorski xatırladıb ki, şərq sərhədində demək olar ki, 300 tankları, çoxlu ağır texnikaları, həmçinin təyyarələri var.
“Biz kömək etməyə çalışırıq, lakin biz həm də cəbhə ölkəsiyik. Bizi də Rusiya təhdid edir və hər şey mümkün deyil”, - Sikorski əlavə edib.
Dünən Zelenski bildirib ki, Ukrayna indiyədək Polşadan MİQ-29 qırıcılarını almaq istəyir, lakin Polşa tərəfi bu təyyarələri hələ vermir.
Xatirə SADİQ