“Bu müharibədə yeganə diktator Putindir, Zelenski qəhrəmandır” – Fransa dövlət katibi

Fransanın Avropa məsələləri üzrə dövlət katibi Benjamin Haddad prezident Emmanuel Makronun gələn həftə Vaşinqtona səfər edəcəyi xəbərini təsdiqləyib.

Feb 20, 2025 - 14:20
“Bu müharibədə yeganə diktator Putindir, Zelenski qəhrəmandır” – Fransa dövlət katibi

SAVASHMEDİA.az bu barədə “Le Figaro”ya istinadən xəbər verir.

Həddad bildirib ki, Donald Trampın fransalı həmkarı ilə çox yaxın günlərdə, bəlkə də bazar ertəsi görüşəcəyi barədə bəyanatı doğrudur.
 
Haddad hesab edir ki, Avropanın Ukraynaya dəstəkdən başlayaraq danışıqlarda oynamaq üçün bir sıra kartları var. O, vurğulayıb ki, bu dəstək ABŞ-nin yardımından daha çoxdur.

Dövlət katibi Rusiyaya iqtisadi təzyiqi və təhlükəsizlik təminatlarının təqdim etmək bacarığını Avropanın rıçaqı kimi göstərib.

Trampın Zelenski haqqında “seçkisiz diktator” ifadəsini şərh edən Həddad nəzərə çatdırıb ki, “bu müharibədə yeganə diktator Putindir, Zelenski isə qəhrəmandır”.

Xatırladaq ki, Tramp Mokronun səfəri ilə bağlı bunu deyib: “O (Makron – red.) avropalılar adından danışmağa gələcək və deyəcək ki, onlarsız Ukraynanın gələcəyini həll etmək mümkün deyil”.

Xatirə SADİQ