Əlvida, Kolxozstan! – 4

Özümlə bacarmıram. Hara getsəm, ilk növbədə su, qaz, elektrik təchizatı, zibil daşınması ilə maraqlanıram. 

Feb 20, 2025 - 14:13
Əlvida, Kolxozstan! – 4

Dedilər ki, zibili kisələrə doldurmaq, bir neçə kisə yığıldıqda traktor tutmaq lazımdır. 2 manata aparıb atar. Bu məzənnə azərbaycanlılara şamil edilmir. 5 manat – vəssalam!

20 yaşlı cavan Roman dedi ki, daşımanı gərək kolxoz təşkil etsin. Yerlilər üçün pulsuz, gəlmələr (oxu: azərbaycanlılar) üçün ödənişli. Debil şovinizmin zibil ifadəsi! Zibilin daşınması adi kommunal xidmət deyil. O, təmizlik, insanların sağlamlığı üçün vacibdir.

Ticarət əvvəldən rusların, sonra onlarla bərabər ləzgilərin əlində olub. İndi azərbaycanlılar da bu biznesə qoşulublar. Mərkəzdəki marketlərdən başqa məhəllə dükanları da var. Hələ evinin divarından pəncərə açaraq, küçədən keçənlərə konfet, siqaret, biskvit, kola satanları demirəm.

Dükançının bəlası borc dəftəridir. Elə gün olur ki, nağd 3-5 manat pul gəlir. Qalanı – maaş, pensiya veriləndə. Alıcının bəlası – maaşın azlığıdır. 5 il bundan əvvəl traktorçuya aylıq 40 manat yazılır, verilməsi 4-5 ay ləngidilirdi.

Bəzi adamlar kolxozdan öz payını tələb edirdilər ki, fermerliklə sərbəst məşğul olsunlar. Amma rəhbərlik buna getmirdi. Bilirdi ki, kolxoz ləğv edilsə, camaat dağılışacaq, nəinki evini, torpaq payını da satıb, unitazını qoltuğuna vuracaq. Yollanacaq matuşka vətəninə. Rus kolxozu siyasi əhəmiyyət kəsb edirdi, Rusiya ilə bağlılığın rəmzi idi.

Dostum isə deyir ki, kəndə köçdükdən sonra hara müraciət etdisə, mal əti ala bilmədi. “Dedim, sanki Hindistana düşmüşəm”. Zarafatı anlayan olmadı. Çünki İvan kitab oxumursa haradan bilsin ki, hindlilər inəyi müqəddəs sayır, onu kəsmir, yemirlər. İvanovkada mal, qoyun əti satılan dükan yoxdur. Amma kim isə dana, inək kəsəcəksə, ətrafa çar çəkir, siyahı tutur. Həmin gün növbə düzülür.

Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)

A.ƏZİZ