“Bu ssenari Rusiya üçün qəbuledilməzdir” – Peskov
“NATO hərbi kontingentinin Ukraynaya mümkün göndərilməsi narahatlıq doğurur və Rusiya üçün bu ssenari qəbuledilməzdir”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva bu məsələ ilə bağlı Qərbin hesabatlarını çox diqqətlə izləyir. “Avropa İttifaqında (Aİ) bəzən ziddiyyətli rəsmi bəyanatlar verilir. Bu, bizdə narahatlıq doğurur, çünki söhbət hərbi kontingentlərin, NATO ölkələrinin hərbi kontingentlərinin Ukraynaya mümkün göndərilməsindən gedir. Bu, təhlükəsizliyimiz baxımından tamamilə fərqli məna kəsb edir, ona görə də bu mövzu bizim üçün vacibdir”, - deyə Peskov əlavə edib.
Bundan öncə “Bloomberg” xəbər verib ki, Böyük Britaniya və Fransa Ukraynaya təhlükəsizlik zəmanəti vermək planı hazırlayır. Bu plan həm də 30 mindən az avropalı əsgərin Ukraynaya göndərilməsini nəzərdə tutur.
Xatirə SADİQ