"Rayondan gələnlərə görədir" - Bakıda su qıtlığına əcaib səbəb tapdılar + VİDEO

Bir həftədən çoxdur ki, Bakıda su qıtlığı müşahidə olunur. Paytaxtın bir çox rayonunda su gündüz və ya axşam saatlarında kəsilir, bəzi ərazilərə isə su qrafiklə verilir və ya ümumiyyətlə, bir neçə gün ərzində gəlmir.

Jul 27, 2025 - 17:19
"Rayondan gələnlərə görədir" - Bakıda su qıtlığına əcaib səbəb tapdılar + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, problem Baku TV-də yayımlanan “Aktual gündəm” verilişində müzakirə olunub.

Veriliş zamanı “Hidroloq” MMC-nin əməkdaşı Cavid Hüseynov Bakıda su böhranının əsas səbəblərindən biri kimi rayon sakinlərinin kütləvi şəkildə Bakıya köçməsini göstərib. pizza mizza

“Bakıda mövcud vəziyyətə gətirib çıxaran əsas səbəb yalançı urbanizasiyadır. Bu, inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrə xas olan sosial prosesdir. Azərbaycanda da oxşar vəziyyət yaranıb. Rayonlardan paytaxta kütləvi miqrasiya nəticəsində mövcud su təchizatı infrastrukturu bu artımı qısa müddət ərzində qarşılaya bilmədi”, – deyə o qeyd edib.