Şolts Ukraynaya masada yer TƏLƏB ETDİ

Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətindən sonra Kiyevə danışıqlar masası arxasında yer verməyə çağırıb.

Feb 22, 2025 - 16:16
Şolts Ukraynaya masada yer TƏLƏB ETDİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə siyasətçi "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Ukrayna sülh danışıqları masasında iştirak etməlidir. Avropa təhlükəsizliyi ilə bağlı məsələlər avropalılarla müzakirə olunmalıdır”, - Şolts qeyd edib.

Kansler söz verib ki, Berlin “ədalətli sülh əldə olunana qədər” Kiyevi dəstəkləməyə davam edəcək.