"II Qaregin məni məhkəməyə versin" - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan “Hraparak” qəzetini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, 0, bu barədə öz Facebook səhifəsində yazıb:
"Mən "Hraparak"ı mütləq məhkəməyə verəcəyəm. Nəşr mənim üçün vacib dəyərlərdən olan ailə toxunulmazlığı prinsipini pozub".
Paşinyan həmçinin bəyan edib ki, o, erməni katolikosu II Qareginin subaylıq andını pozduğuna əmindir.
"bir daha təsdiqləyirəm ki, katolikos II Qaregin subaylıq andını pozub və övladı var. Qoy II Qaregin də əksini sübut etmək üçün məni məhkəməyə versin", - Paşinyan əlavə edib.
Oğuz