"Zelenski dul qadınların pulunu vermək istəmir" - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyevin döyüş meydanındakı cəsədləri götürməməsini şərh edib.

Jun 8, 2025 - 00:20
"Zelenski dul qadınların pulunu vermək istəmir" - Medvedev

O, Ukraynanın həlak olan əsgərlərinin cəsədlərini qəbul etməkdən imtina etməsini hərbçilərin dul qadınlarına pulunu ödəmək istəməməsi ilə əlaqələndirib.

"Kiyev əclafları ölən əsgərlərinin cəsədlərini götürmək istəmirlər. İki səbəb var: onların 6 min nəfər olduğunu etiraf etmək qorxuludur və dul qadınların pulunu vermək istəmirlər", - Medvedev X-də yazıb.

Oğuz