Ağdamdakı ata evi Aqil Abbasa niyə verilə bilməz? - Hüqüqşünasdan AÇIQLAMA
Deputat Aqil Abbasın işğaldan azad edilmiş ərazilərdə mənzil təminatı ilə bağlı qaldırdığı məsələyə hüquqi baxımdan aydınlıq gətirilib.
SAVASHMEDİA.az xəbər verir ki, hüquqşünas Müşfiq Abbasov deputat Aqil Abbasın işğal zamanı dağıdılmış ata evinə görə mənzil hüququnun olub-olmamasını hüquqi baxımdan şərh edib.
O, dövlətin pulsuz mənzil təminatı ilə vərəsəlik hüququnun fərqli məsələlər olduğunu bildirib:
"Əvvəla, mülkiyyət hüququnun olması ilə dövlətin pulsuz ev vermək öhdəliyinin yaranması eyni şey deyil. Bunlar bir-birindən kəskin fəqlənir. İşğaldan azad edilmiş ərazilərdə dövlət pulsuz mənzillə kimləri təmin edir? Milli Məclis tərəfindən 2026-cı ilin 30 iyununda qəbul edilən qanuna əsasən işğaldan azad edilmiş ərazilərdə dövlət proqramına uyğun olaraq inşa edilən mənzillərin məcburi köçkünlərin mülkiyyətinə verilməsi nəzərdə tutulub və Aqil müəllimin özü də bu qanunun lehinə səs verib. Məcburi köçkün statusu isə 1988-ci ildən sonra Qarabağdan çıxmış şəxslərə şamil edilir. Aqil müəllimin belə bir statusu yoxdur. Demək ki, o qanunla pulsuz mənzillə təmin oluna bilməz".
Hüquqşünas Aqil Abbasın atasına məxsus evin işğal nəticəsində məhv olmasına və onun hüququnun pozulmasına da aydınlıq gətirib:
"Burada hər şeydən əvvəl Aqil müəllim atasına məxsus olan evin mövcudluğunu, yəni mülkiyyət hüququnu təsdiq edən sənədi, arxiv arayışı, texniki pasport və s. sübutları əldə etməlidir. Yəni bilinməlidir ki, həmin ev onun atasının xüsusi mülkiyyətində olub. Bundan sonra atasının ölüm haqqında şəhadətnaməsi və vərəsəlik şəhadətnaməsi tələb olunacaq. Bütün bu sənədlər əldə edildikdən sonra o məcburi köçkün kimi deyil, adi mülki şəxs kimi vərəsə əmlakı tələb edə bilər. Bəs Aqil müəllim vərəsə kimi əmlakını kimdən tələb etməlidir? Bax, bu artıq qanunda boşluqdur. Bununla bağlı yeni bir mexanizm hazırlanmalıdır".
Səlcuq