"11:30-da Təcili Yardım çağırılıb" - TƏBİB-dən Elçin Əfəndiyevin ölümü ilə bağlı açıqlama
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq yazıçısı Elçin Əfəndiyevin ölümü ilə bağlı məsələyə aydınlıq gətirib.
SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:
"Avqustun 3-də, saat 11:30-da Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Müraciətlə əlaqədar hadisə yerinə təcili yardım briqadası cəlb olunub.
Ünvanda 1943-cü il təvəllüdlü yazıçı Elçin Əfəndiyevin həkiməqədər ölüm faktı qeydə alınıb".