"Məğlubiyyətin günahkarı mənəm, səhvlər etdim" - Dambrauskas
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Turan Tovuz"a məğlubiyyətin məsuliyyətini üzərinə götürüb.
SAVASHMEDİA.az xəbər verir ki, litvalı mütəxəssis Misli Premyer Liqasının 10-cu turunda 2:3 hesabı ilə başa çatan qarşılaşmadan sonra keçirilən mətbuat konfransında məğlubiyyətin səbəblərindən danışıb.
"Turan Tovuz"u təbrik edirəm. Bu gün bizdən daha yaxşı oynadılar və qələbəyə layiq idilər. Çox gözəl atmosfer var idi. Bolqollu oyunun şahidi olduq, ikili mübarizələr gördük.
Məğlubiyyətdə mənim bəzi taktiki səhvlərim oldu. 3:1-dən sonra səhvlər etdiyimiz açıq görünürdü. İkinci hissəyə daha yaxşı başladıq və iki qol vurduq. Komandam ikinci hissədə çempionluq xarakteri göstərdi. İlk hissədə isə rəqibə çox boşluqlar verdik və onlar bundan yararlandılar.
Məğlubiyyətin məsuliyyətini mən daşıyıram. Taktiki planlarımız var idi, lakin onlar düşündüyümüz kimi işləmədi".
Oğuz