"Fənərbağça" prezidentinin evində axtarış, sabah ifadə verəcək
"Fənərbağça" klubunun prezidenti Sadettin Saranın evində axtarış aparılıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, axtyarışa səbəb Sadettin Saranın narkotik maddələrlə bağlı aparılan istintaq işində adının keçməsidir.
Qeyd edək ki, evində axtarış aparılarkən Sadettin Saran İtaliyanın Milan şəhərində olub, onun ölkəyə sabah dönəcəyi gözlənilir.
O, İstanbul Baş Prokurorluğu tərəfindən ifadə vermək üçün məhkəməyə çağırılıb.
Sadettin Saran bu ilin sentyabr ayında "Fənərbaxça"nın prezidenti seçilib.
Oğuz