Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Dec 19, 2025 - 19:43
Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 yanvar 2026-ci ilədək müddəti əhatə edirdi.