İt-pişik sahiblərinə PİS XƏBƏR - Heyvan pasportu BAHALAŞIR
Azərbaycanda ev heyvanları üçün baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumunun gələn ildən 50 faiz artırılması təklif olunur.
SAVASHMEDİA.az xəbər verir ki, bu dəyişiklik “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Sənəd 2027-ci ilin dövlət büdcəsi zərfinə daxildir.
Hazırda baytarlıq pasportunun verilməsi üçün 20 manat dövlət rüsumu ödənilir. Təklif qəbul olunarsa, gələn ildən bu məbləğ 30 manata çatdırılacaq.
Qeyd edək ki, it, pişik və digər ev heyvanlarının xarici ölkələrə aparılması üçün müvafiq baytarlıq pasportu tələb olunur.
Rəsmi məlumatlara əsasən, 2024-cü ildə 2 073, 2025-ci ildə isə 2 114 müraciət üzrə baytarlıq pasportu verilib.
Oğuz