“iPhone 18 Pro”nun ən böyük üstünlüyü BU İMİŞ
“Apple” yeni “iPhone 18 Pro” və “Pro Max” modellərində zəif şəbəkə olan ərazilərdə fasiləsiz bağlantı təmin edəcək inkişaf etmiş peyk texnologiyası tətbiq etməyə hazırlaşır.
SAVASHMEDİA.az xəbər verir ki, yeni sistem peyk və yerüstü mobil şəbəkələr arasında avtomatik keçid imkanı yaradacaq. Bu da dağlıq ərazilərdə, kəndlərdə və magistral yollarda daha stabil əlaqə deməkdir.
Texnologiyanın yeni “C2” modem və 5G NR-NTN dəstəyi ilə işləyəcəyi bildirilir. Sistem cihazın çantada olduğu və ya əlverişsiz hava şəraitində belə peyk siqnallarını daha dəqiq qəbul etməsinə imkan verəcək.
Yeni iPhone seriyasının payızda təqdim olunacağı gözlənilir. Modellərdə kamera yenilikləri və yeni rəng seçimləri də yer alacaq. Cihazların performansı isə 2 nm texnologiya ilə hazırlanan A20 Pro prosessoru ilə təmin ediləcək.