“ChatGPT” yazışmaları polisə ötürəcək - Şirkətdən rəsmi TƏSDİQ
Son zamanlar ölkəmizdə də kifayət qədər populyarlaşan “ChatGPT” cinayətkarlığın qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcək.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə OpenAI şirkətinin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda süni intellekt proqramı olan “ChatGPT”nin zərurət yaranacağı təqdirdə yazışmaların polisə ötürüləcəyindən bəhs edilir.
Şirkətin yaydığı açıqlamada deyilir: “Yazışmalar və söhbət zamanı hansısa istifadəçinin cinayətə hazırlaşdığı müəyyənləşərsə, həmin mesajlar ekpert qrupumuzun araşdırılmasına veriləcək. Əgər həqiqətən də təhlükənin olduğu bəlli olarsa, bu halda həmin yazışmalar hüquq-mühafizə orqanlarına ötürülə bilər”.
Şirkət bunu ictimai təhlükəsizliyin təmin olunması vacibliyi ilə izah edib.
Aytən İbrahimova