Rusiya Azərbaycan səfirliyinin 100 metrliyinə raket atdı - VİDEO

Xəbər veridiyimiz kimi, avqustun 28-nə keçən gecə Rusiya Kiyevə dağıdıcı zərbələr endirib, nəticədə Ukrayna paytaxtında çoxsaylı insan tələfatı və dağıntılar olub.

Aug 28, 2025 - 18:02
Rusiya Azərbaycan səfirliyinin 100 metrliyinə raket atdı - VİDEO

SAVASHMEDİA.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin binasının 100 metrliyinə düşüb. 

Məlumata görə, raket yanğına və güclü partlayışa səbəb olub.

Xatırladaq ki, Ukraynaya əvvəlki hücumlar zamanı Rusiya Azərbaycanın bir neçə neft anbarını vurmuşdu.

Oğuz