Texniki baxışla bağlı 20 günlük möhlət ləğv olunub? - Sürücülərin NƏZƏRİNƏ
Avtomobillərin texniki baxış müddəti başa çatdıqdan sonra sürücülərə verilən 20 günlük möhlətin ləğv edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
SAVASHMEDİA.az xəbər verir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün nəzərdə tutulan 20 günlük müddət qüvvədə qalır.
Qanunvericilikdə nəzərdə tutulan bu müddət ərzində texniki baxışın vaxtında keçirilməməsinə görə sürücülər cərimələnə bilməzlər.
Bu müddət başa çatdıqdan sonra isə avtomobil texniki baxışdan keçirilməyibsə, sürücü inzibati məsuliyyətə cəlb oluna bilər.
Aytən