İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları elan olundu - FOTO
2025-ci il iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən alimlərin adları məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.
Məlumata görə, bu il Nobel mükafatı Joel Mokir, Filip Aqyon və Piter Hovitt təqdim olunur.
İsveç Kral Elmlər Akademiyası üzvlərinin qərarına əsasən, onlar "innovasiyaya əsaslanan iqtisadi artımı izah etdiklərinə" görə mükafatlandırılıb.
Xatirə SADİQ