"Bəşər Əsədi və ailəsini öldürəcəkdilər" - Lavrov
“Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və ailəsi yalnız humanitar səbəblərə görə Rusiyadadir, ona fiziki zorakılıq təhlükəsi vardı”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Bəşər Əsəd humanitar səbəblərə görə bizim ölkədədir. Ona və ailəsinə fiziki məhvetmə təhlükəsi var idi. Biz tamamilə humanitar səbəblərdən Bəşər Əsəd və ailəsinə sığınacaq vermişik”, - nazir bildirib.
Xarici işlər naziri həmçinin qeyd edib ki, Bəşər Əsədin Moskvada zəhərləndiyi barədə yayılan şayiələr həqiqətə uyğun deyil:
“Əsədin paytaxtımızda yaşamaqla bağlı heç bir problemi yoxdur. Heç bir zəhərlənmə baş verməyib. Əgər belə şayiələr ortaya çıxırsa, bunu onu yayanların vicdanına buraxıram”.
Xatırladaq ki, Bəşər Əsəd 25 illik hakimiyyətindən sonra 2024-cü il dekabrın 5-də devrilib. Həmin gün Suriyanın hazırkı Prezidenti Əhməd Şaraanın rəhbərlik etdiyi qüvvələr Dəməşqə daxil olduqdan sonra Əsəd Moskvaya qaçıb.