Medvedev Trampı yenə hədələdi - “Sənin üçün pis olacaq”
Ukraynaya uzaqmənzilli “Tomahavk” qanadlı raketlərinin tədarükü bütün dünya, o cümlədən ABŞ prezidenti Donald Tramp üçün təhlükəli nəticələrə səbəb ola bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb.
“Tramp bildirib ki, Rusiya prezidenti Ukrayna münaqişəsini nizamlamasa, bu, onun üçün pis bitəcək. Qısası, artıq yüz birinci dəfə təhdid edir. “Biznes-sülhməramlı” əgər “Tomahavk” raketlərini nəzərdə tutursa, bu ifadə düzgün deyil. Bu raketlərin tədarükü hamı üçün pis başa çata bilər. İlk növbədə Trampın özü üçün”, - Medvedev vurğulayıb.
O, aydınlıq gətirib ki, “nüvə icralı “Tomahavk”la uçuşda olan adi “Tomahavk”ı ayırd etmək qeyri-mümkündür”: “Onun buraxılışını isə Ukrayna deyil, ABŞ həyata keçirəcək. “Oxu: Tramp. Rusiya necə cavab verməlidir? Məsələ məhz bundadır!”.
Xatirə SADİQ