"Müharibəni uduzmuşuq, danışıqlara başlayaq" - Putinə qarşı qiyam?

Rusiyanın Dövlət Dumasının keçmiş deputatı Viktor Alksnis sosial şəbəkə hesabında yerləşdirdiyi postda ölkə hakimiyyətini sərt tənqid edib.

Nov 25, 2024 - 00:00
"Müharibəni uduzmuşuq, danışıqlara başlayaq" - Putinə qarşı qiyam?

SAVASHMEDİA.az xəbər verir ki, o, ölkənin utancverici "razılaşma"ya doğru aparıldığını, əslində isə Rusiya üçün böyük hərbi məğlubiyyətin və təslimiyyətin yaxınlaşdığını düşünür.

Onun fikrincə, bu məğlubiyyət Rusiyanın uzun əsrlər ərzində yaşadığı ən böyük məğlubiyyət olacaq və nəticədə ölkə üçün görünməmiş mənfi fəsadlara səbəb olacaq. Hətta ölkənin bölünməsi, dağılması və dünya səhnəsindən silinməsi mümkündür.

Fotoda Viktor Alksnis

Alksnis hakimiyyətin davamlı olaraq Ukraynadakı döyüşlərin qələbə ilə davam etdiriləcəyini bəyan etdiyini qeyd edir.

Son günlərdə isə «Oreşnik» adlı müasir raketin uğurlu istifadəsi ilə bağlı artan "vətənpərvərlik" hissini xatırladır: 

"Amma sağlam düşüncəli insanlar yaxşı anlayırlar ki, Rusiya artıq məğlub olub və Ukraynaya hərbi qələbə çalmaq mümkün olmayacaq. Yeganə çıxış yolu döyüşləri dayandırıb, danışıqlara başlamaqdır". 

Keçmiş deputat, Rusiyanın öz ordusunun işğal edə bilmədiyi Ukrayna ərazilərini öz ərazisi elan etməsini "strateji səhv" adlandırır. O, bununla Rusiyanın özünü tələyə saldığını vurğulayıb.

Oğuz